İndoneziyada Heydər Əliyevin 100 illik yubileyinə diqqət cəlb edilib

26 may, 2023

İndoneziyada Heydər Əliyevin 100 illik yubileyinə diqqət cəlb edilib

İndoneziya ictimaiyyətinə Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə məlumat verilib.

İndoneziyada yaşayan diaspor fəalı Əli Hüseynlinin təşəbbüsü ilə təşkil olunan onlayn görüşdə yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. 

Tədbirdə Azərbaycana və xalqımızın dahi şəxsiyyətlərindən biri olan Heydər Əliyevə həsr olunmuş təqdimat nümayiş etdirilib. Azərbaycanın geosiyasi mövqeyi, Dağlıq Qarabağ münaqişəsi, Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti, ölkəmizin müstəqilliyinin bərqərar olmasında, möhkəmləndirilməsində və inkişafında misilsiz rolu barədə ətraflı danışılıb.  

Sonra diaspor fəalımız tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırılıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər