İndoneziya universitetində Azərbaycan haqqında təqdimat keçirilib

25 may, 2024

İndoneziya universitetində Azərbaycan haqqında təqdimat keçirilib

İndoneziya Respublikasında yaşayan Asya Məmmədli təhsil aldığı Qacah Mada (Gajah Mada) Universitetində Azərbaycan haqqında təqdimat keçirib.

Tədbirdə ölkəmizin tarixi, mədəniyyəti və kulinariyası ilə bağlı videoçarxlar nümayiş olunub. Sonra Asya Məmmədli təhsil aldığı Turizm fakültəsinin dekanı Dyah Vidiyastutiyə Azərbaycan mətbəxi və turizmi barədə kitab hədiyyə edib. 

Qeyd edək ki, Asya Məmmədli Diaspor Gənclərinin Naxçıvanda keçirilən IV Yay Düşərgəsinin iştirakçısı olub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər