Helsinki Azərbaycan Evində 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib

29 may, 2024

Helsinki Azərbaycan Evində 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib

Finlandiyanın Helsinki şəhərində fəaliyyət göstərən Helsinki Azərbaycan Evində 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Helsinki Azərbaycan Evinin nəzdindəki Azərbaycan həftəsonu məktəbinin şagirdlərinə bu günün tariximizin ən şanlı və parlaq səhifələrindən biri olduğu öyrədilib.

Şərəfli tarixə malik olan Azərbaycan xalqının müxtəlif dövrlərdə zamanın yaratdığı çətinliklərdən şərəflə və üzüağ çıxdığı bildirilib.

Məktəbin şagirdlərinə Xalq Cümhuriyyətinin Azərbaycan tarixindəki əhəmiyyəti haqqında, həmin dövrün tarixi-siyasi şəraiti barədə də məlumat verilib.  

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər