Gürcüstanda keçirilən şahmat üzrə dərəcə yarışlarında soydaşlarımız uğur qazanıblar

22 may, 2024

Gürcüstanda keçirilən şahmat üzrə dərəcə yarışlarında soydaşlarımız uğur qazanıblar

Tbilisi şəhərində keçirilən Gürcüstan Şahmat Federasiyasının dərəcə yarışlarında "Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi"nin şahmat klubunun üzvləri Renat Əsgərov və Rəvan Mamedov 5-ci dərəcədə uğurla çıxış ediblər.

Renat Əsgərov 5-ci dərəcə oyunlarının 2-ci mərhələsində 5,5 bal toplayaraq 4-cü dərəcədə oynamağa haqq qazanıb. Rəvan Mamedov isə ilk dəfə qatıldığı 5-ci dərəcə oyunlarının 1-ci mərhələsini uğurla başa vuraraq 2-ci mərhələyə adlayıb. Gənc şahmatçıları yarışlara Mərkəzin şahmat klubunun müəllimi Emil Allahverdiyev hazırlayıb.

Qeyd edək ki, GAİM-də 2023-cü ilin may ayından etibarən fəaliyyət göstərən “Şahmat klubu”nda hal-hazırda 14 nəfər şagird tədris alır. Dərslər həftənin 3 günü şahmatçı Emil Allahverdiyev tərəfindən keçirilir. Yarandığı gündən ötən müddət ərzində klubun şagirdləri Gürcüstan Şahmat Federasiyası tərəfindən təşkil olunan dərəcə yarışlarında bir neçə dəfə iştirak edərək uğurlu nəticələr göstəriblər.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər