Düşərgə iştirakçıları diaspor üçün ideyaları müzakirə ediblər

18 avqust, 2023

Düşərgə iştirakçıları diaspor üçün ideyaları müzakirə ediblər

Naxçıvanda keçirilən “Heydər Əliyev – 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsinin növbəti paneli “Diaspor üçün bir ideyam var” mövzusuna həsr olunub.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müşaviri Cahid Kazımovun moderatorluğu ilə baş tutan paneldə Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov, Startap Azərbaycanın təşkilat komitəsinin üzvü Rəşad Əliyev, startap-mentor, müstəqil ekspert, elmi-kütləvi blogger Vüsal Yusifli məruzəçi qismində çıxış ediblər.

Panelçilər “İnnovasiya və yüksək texnologiyaların imkanlarını diaspor quruculuğu prosesinə geniş miqyasda tətbiq etməklə necə inkişaf etdirək?”, “Diaspor quruculuğu işində yenilikçi və perspektivli ideyaları dəstəkləyək!”, “Diaspor quruculuğu işinə yeni yanaşmanı ortaya qoyan layihələr, startaplar axtarırıq”, “Diaspor ideyalarımı startapa necə çevirim?”, “Startap Ekosistemini Azərbaycanda qurmaq və gənclər arasında biznes və startap innovasiyaları sahəsində maarifləndirici məlumatlandırıcı videolar hazırlayıram” mövzularına aydınlıq gətiriblər.

Tədbir maraqlı ideyaların səsləndirilməsi və sualların cavablandırılması ilə yekunlaşıb. 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər