Diaspor təşkilatının rəhbərinə Qazaxıstanın “İctimai xadimi” adı təqdim edilib

12 fevral, 2024

Diaspor təşkilatının rəhbərinə Qazaxıstanın “İctimai xadimi” adı təqdim edilib

Qazaxıstanın Cambul vilayətində fəaliyyət göstərən “Azəri” Entomədəni Birliyi Şu rayonu filialının sədri Əli Məmmədov qardaş ölkənin fəxri vətəndaşı və “İctimai xadimi” fəxri titullarına layiq görülüb.

Qazaxıstanın Təhsil Nazirliyinin dəstəyi və “Bilim Orkenieti” Milli İnnovasiya Elmi-Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə təqdim edilən diplom və təşəkkürnamədə bildirilib ki, soydaşımıza bu fəxri titullar Qazaxıstanın inkişafına töhfələrinə, Prezident Kasım-Jomart Tokayevin xalqa “Ədalətli dovlət” adlı müraciətinin təbliğində fəallığına, öz işinə, ədalətə və insanpərvərliyə sadiqliyinə görə təqdim edilib. 

Qeyd edək ki, Əli Məmmədov 15 sentyabr 1959-cu ildə Qazaxıstanın Cambul vilayəti Şu rayonunun Jana Jol kəndində doğulub. Almatı Xalq Təsərrüfatı İnstititunu iqtisadçı ixtisası üzrə bitirib. 1982-ci ildən iqtisadçı kimi müxtəlif idarələrdə çalışıb. 2000-ci ildən “AKİF” adlı kənd təsərrüfatının başçısıdır. 2007-2014-cü illərdə “Jana Jol” kənd təsərrüfatı istehsalı müəssisəsinin sədri olub.

2022-ci ilin iyulunda Cambul rayonu üzrə “AZƏRİ" Etno-Mədəniyyət Birliyi” İctimai Birliyinin Şu rayonu filialının sədri seçilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər