Diaspor gənclərinin Zəfər Gününə həsr olunmuş videoçarxı təqdim edilib

22 noyabr, 2022

Diaspor gənclərinin Zəfər Gününə həsr olunmuş videoçarxı təqdim edilib

Azərbaycan Diaspor Gəncləri platforması ölkəmizin Zəfər Günü münasibətilə videoçarx hazırlayıb.

“Azərbaycana üçün ədalət tələbi ilə ayağa qalxan cəsur insanlara ithaf olunur” sözləri ilə başlayan videoçarxda bildirilib ki, 2020-ci ildə bəşəriyyət ölümsaçan  COVID-19 pandemiyası ilə mücadilə apararkən Azərbaycan həm də Ermənistanın genişmiqyaslı hücumunun qarşısını almağa məcbur oldu.

Videoçarxda Azərbaycanın Zəfəri ilə nəticələnən Vətən müharibəsinə gətirib çıxaran səbəblər barədə ətraflı məlumat verilib, 2020-ci ilin 12 iyul tarixindən etibarən Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində başlayan döyüşlərdən 10 noyabr 2020-ci il tarixli üçtərəfli raşılaşmasına qədər olan dövrü əhatə edən hadisələr xronoloji ardıcıllıqla təqdim edilib.

Dünyanın müxtəlif ölkələrində Azərbaycana ədalət tələb edən soydaşlarımızın erməni diasporunun hücumlarına və terror aktlarına məruz qaldıqlarına, Ermənistan silahlı qüvvələrinin törətdiyi müharibə cinayətlərinə – Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrinin bombardman edilməsinə, azad olunmuş ərazilərimizdə kütləvi şəkildə minalar basdırıldığına diqqət cəlb edilib.   

Videoçarxı aşağıdakı linkdən izləmək mümkündür:

https://fb.watch/gXcS7gTJsk/

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər