Diaspor Boks Liqasının təmsilçiləri Halle/Salle şəhərindəki beynəlxalq turnirdə qələbə qazanıblar

11 sentyabr, 2023

Diaspor Boks Liqasının təmsilçiləri Halle/Salle şəhərindəki beynəlxalq turnirdə qələbə qazanıblar

Almaniyanın Halle/Salle şəhərində keçirilmiş beynəlxalq turnirdə Diaspor Boks Liqasını təmsil edən bokşçular uğurla çıxış ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Diaspora Boks Liqasının və Heydər Əliyev adına Dünya Boks Komitəsinin birgə təşkilatçılığı ilə Volspark zalında baş tutan yarışda 16 çəki dərəcəsində qarşılaşma baş tutub.

Liqanın boksçuları Aleksandr Frank və Azər Soltanov peşəkar rinqdə isveçli və belaruslu rəqibləri üzərində inamlı qələbə qazanıblar.

Yarışın qalibi Aleksandr Frank müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş kəmərlə təltif olunub.

Qeyd edək ki, 11 ildir Almaniyanın Maqdeburq şəhərində davamlı fəaliyyət göstərən Heydər Əliyev adına Dünya Boks Komitəsinin yarışları  artıq sentyabrın 1-dən nüfuzlu “BoxRec” saytındakı dünya reytinq cədvəlinə düşüb. Bu addım ulu öndərin adını daşıyan kəmərlərin bütün dünyada tanıdılması məqsədilə atılıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər