Daşkənd Dövlət Pedaqoji Universitetinin tədris proqramına Azərbaycana dair mövzular daxil ediləcək

29 mart, 2023

Daşkənd Dövlət Pedaqoji Universitetinin tədris proqramına Azərbaycana dair mövzular daxil ediləcək

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin prorektoru Firuza İkramxanova və universitetin professoru, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinovla görüş keçirilib.

Görüş zamanı “Heydər Əliyev ili” çərçivəsində Özbəkistanda keçiriləcək tədbirlər və layihələr, universitetdə azərbaycanlı tələbələr üçün güzəştli qəbul prosedurunun tətbiq olunması, Nizami Gəncəvi və Əlişir Nəvai Dostluq Mərkəzinin yaradılması məsələlərindən danışılıb.

Mərkəzin dəstəyi ilə universitetin tədris proqramına Azərbaycan tarixi, mədəniyyəti və ədəbiyyatı mövzularının daxil edilməsi, bu ilin aprelində universitetdə azərbaycanlı mütəxəssislərin və alimlərin həmin mövzularda açıq mühazirələrinin təşkili məsələləri üzrə razılıq əldə olunub.

Gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər