Çingiz Hüseynovun xatirəsi anılıb

29 aprel, 2024

Çingiz Hüseynovun xatirəsi anılıb

Qüds kitabxanasında mərhum yazıçı, ədəbiyyatşünas, tərcüməçi, pedaqoq, Əməkdar incəsənət xadimi Çingiz Hüseynovun 95 illik yubileyinə həsr olunmuş bədii gecə keçirilib.

Tədbirdə Çingiz Hüseynovun ailə üzvləri, Azərbaycan diasporunun nümayəndələri, ziyalılar, poeziya vurğunları iştirak ediblər.

Gecədə Çingiz Hüseynovun Daşkənd İlhom Teatrında çıxışlarından fotolar, kitablar, video çarxlar və “Məhəmməd, Məmməd, Məmiş” tamaşasından bəhs edən “Düşüncələrimiz saf olsun” filmindən fraqment nümayiş etdirilib. Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən göndərilən, Çingiz Hüseynovun xatirəsinə həsr olunan mətn tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Qeyd edək ki, XX əsr Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Çingiz Hüseynov məhz bu kitabxanada, “Dinlər üçlüyü” seminarını təşkil edib, orada  mütəmadi olaraq Azİz İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının iclaslarına qatılıb, kitablarının təqdimatını keçirib.

 

 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər