Budapeşt Azərbaycan Evində ölkəmizin turizm potensialı haqqında təqdimat

7 iyun, 2024

Budapeşt Azərbaycan Evində ölkəmizin turizm potensialı haqqında təqdimat

Azərbaycan Turizm Agentliyinin və Macarıstandakı Budapeşt Azərbaycan Evinin təşkilatçılığı ilə Török Tímeanın Azərbaycanın turizm potensialı haqqında geniş təqdimatı keçirilib.

Macar ictimaiyyətindən 50 nəfərdən çox adamın qatıldığı təqdimatda Azərbaycanın turizm imkanları haqqında ətraflı məlumatlar verilib və daha öncə Azərbaycana səyahət etmiş macarların təəssüratları dinlənilib.

Tədbirin sonunda qonaqlar milli şirniyyatlar və çay süfrəsi ətrafında fikir mübadiləsi aparıblar.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər