Braziliyada Zəfər Günü qeyd edilib

23 noyabr, 2022

Braziliyada Zəfər Günü qeyd edilib

Braziliyanın paytaxtı Brazilia şəhərində Azərbaycanın Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

 

Azərbaycanın Braziliya Federativ Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Türkiyə səfirliyinin, yerli ictimaiyyətin, Azərbaycan və türk icmasının nümayəndələri iştirak ediblər.

 

Öncə Azərbaycanın Dövlət Himni səsləndirilib və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ehtiramla yad edilib.

 

Qonaqları salamlayan Azərbaycanın Braziliyadakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Novruz xalqımızı, dünya azərbaycanlılarını və türk dünyasını möhtəşəm bayram münasibətilə təbrik edib. Zəfər Gününün tarixi əhəmiyyətindən, hazırda Qarabağda aparılan irimiqyaslı bərpa-quruculuq işlərindən, dövlətimizin bölgədə sülh və normallaşma prosesinin bərqərar olması naminə ciddi səylər göstərməsindən danışıb.

 

Tədbir bədii hissə ilə davam edib.

 

Qeyd edək ki, tədbir braziliyalı jurnalist Fabiana Ceyhan tərəfindən “O Mundo Diplomatico” xəbər saytının TV proqramında işıqlandırılıb. Zəfər Günü ilə əlaqədar Azərbaycanın və Türkiyənin Braziliyadakı səfirləri Rəşad Novruz və Murat Ateşdən müsahibələr alınıb. Jurnalistin təşəbbüsü ilə Azərbaycanın Zəfər Gününə həsr olunmuş məlumat ölkənin 8 xəbər saytında yerləşdirilib.

 

 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər