Beynəlxalq hüquq üzrə ekspert Xocalı soyqırımının 32-ci ildönümündə Avropa rəsmilərinə müraciət edib

23 fevral, 2024

Beynəlxalq hüquq üzrə ekspert Xocalı soyqırımının 32-ci ildönümündə Avropa rəsmilərinə müraciət edib

Almaniyada yaşayan və fəaliyyət göstərən beynəlxalq hüquq üzrə ekspert Asəf Əsgər Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Avstriyanın Prezidenti Aleksandr Van der Bellenə  və Belçikanın Baş naziri Aleksandr de Krooya  müraciət ünvanlayıb. Müraciətdə bəşər tarixinin ən amansız qətliamlarından biri olan Xocalı soyqırımının Avropa İnsan Hüquqları Məhkəməsinin 22 aprel 2010-cu il tarixli qərarı ilə “müharibə cinayəti və ya insanlığa qarşı cinayət” kimi qiymətləndirildiyi xatırladılıb. 

Bundan əlavə,  Xocalıda törədilənlərin BMT Baş Assambleyasının 21 dekabr 2010-cu il tarixli qərarına, 1949-cu il Cenevrə Konvensiyalarına, Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyaya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxaq Pakta, İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Pakta,  İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiyaya,İrqi Ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyaya, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya, Uşaq hüquqları haqqında Konvensiyaya tamamiylə zidd olduğu vurğulanıb.

Müraciətin sonunda dünyada sülh və əmin-amanlığın bərpası, soyqırım və buna bənzər zorakılıqların qarşısının alınması üçün Xocalı qətliamının soyqırım aktı kimi tanınmasının vacibliyi vurğulanıb.

 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər