Azərbaycanlılar Bəhreyndə keçirilən beynəlxalq tədbirə qatılıb
22 may, 2024.jpeg)
Bəhreyndə “British School Bahrain”da keçirilən “International Family Fair 2024” adlı tədbirdə ölkəmiz təmsil olunub.
Bəhreyndəki Azərbaycan icmasının xanım üzvləri tərəfindən “Azərbaycan Odlar Yurdu” adı ilə təşkil olunmuş guşədə milli musiqi alətlərimiz və adət-ənənələrimizi əks etdirən nümunələr yer alıb.
Misir, Hindistan, Çin və bir çox ölkələrin təmsil olunduğu tədbirdə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti və, turizm potensialı ilə bağlı ziyarətçilərə geniş məlumat verilib, milli mətbəximizin təamları təqdim edilib.
10 yaşlı Yasəmən Həsənli fleytada Azərbaycan xalq mahnısı "Sarı gəlini" ifa edib. Xanımların milli geyimləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Foto qalereya
Digər xəbərlər