Azərbaycan Rusiyada keçirilən “Xalqlar dostluğu” bayramında təmsil olunub

19 noyabr, 2024

Azərbaycan Rusiyada keçirilən “Xalqlar dostluğu” bayramında təmsil olunub

Azərbaycan Rusiya Federasiyasının Mıtişi şəhərində keçirilən "Xalqlar dostluğu" bayramında təmsil olunub.

Hər il keçirilən bu festivalda müxtəlif xalqların təmsilçiləri – ruslar, tatarlar, qazaxlar, osetinlər, avarlar, mordoviyalılar, koreyalılar, yəhudilər, eyni zamanda azərbaycanlılar öz milli mədəniyyətlərini nümayiş etdirir.

Moskva vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin qadınlar klubunun sədri Ulduz Əskərovanın təşkilatçılığı ilə ölkəmizə ayrılmış guşədə suvenirlər, milli geyimlərimiz, mətbəximizin təamları yer alıb.

Konsert proqramında Rəna Qafarlı "Mənim Azərbaycanım" və "Poppuri" rəqslərini ifa edib. 

Bayram çərçivəsində "Nar bayramı" da qeyd olunub. Tədbirin sonunda qonaqlara Azərbaycan narı paylanılıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər