Azərbaycan icması Kaliforniyada Sunniveyl mədəniyyət festivalında iştirak edib

26 may, 2023

Azərbaycan icması Kaliforniyada Sunniveyl mədəniyyət festivalında iştirak edib

ABŞ-ın Kaliforniya ştatında fəaliyyət göstərən Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzi (ASCNC) növbəti dəfə ölkəmizi Sanniveyl şəhərindəki ənənəvi mədəniyyət festivalında təmsil edib.

Cəmiyyətin rəhbəri Aynur Ağayevanın sözlərinə görə, Sanniveyl İctimai Mərkəzində baş tutan festivalda qurulmuş Azərbaycan stendi festival iştirakçıları və ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanıb.

Azərbaycan guşəsində xalqımızın tarixini, mədəniyyətini, adət-ənənələrini və milli mətbəxini əks etdirən suvenirlər və nümunələr nümayiş etdirilib. Diaspor fəalları festival iştirakçılarına ölkəmiz haqqında ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar. 

Peşəkar rəqqasə Səma Məmmədovanın milli rəqslərimizi təqdim etməsi izləyiciləri heyran edib.

Aynur Ağayeva cəmiyyəti əyani vəsaitlər və milli geyimlərlə təmin etdiyinə görə Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığını bildirib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər