Azərbaycan diasporu Poltava Politexnik Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb

19 noyabr, 2023

Azərbaycan diasporu Poltava Politexnik Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb

Ukraynanın Poltava vilayətində fəaliyyət göstərən Ukraynanın Azərbaycan Şurası yerli elmi cəmiyyətə inteqrasiya istiqamətində mühüm addım atıb.

Ümumdünya Sülh və İnkişaf Naminə Elm Günü münasibətilə “Yuri Kondratyuk adına Poltava Politexniki” Milli Universitetində Azərbaycan diasporunun nümayəndələri ilə keçirilən görüş iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə universitetin elmi-pedaqoji iş və infrastrukturun inkişafı üzrə prorektor, texnika elmləri doktoru, professor Boqdan Korobko, Ukraynanın Azərbaycan Şurasının rəhbəri Füzuli Qənbərov və başqaları çıxış ediblər. Onlar universitetin Azərbaycan alimləri ilə elm və təhsil sahəsində uzunmüddətli əməkdaşlığından, ölkəmizin aparıcı ali təhsil müəssisələri ilə tərəfdaşlıq əlaqələrindən, Poltava vilayətindəki Ukrayna Azərbaycanlıları Şurası ilə əməkdaşlıq perspektivlərindən danışıblar.

Sonra Füzuli Qənbərov və Boqdan Korobko universitetlə Ukrayna Azərbaycanlıları Şurası arasında əməkdaşlıq memorandumunu imzalayıblar.

Azərbaycan diasporunun adından beynəlxalq əlaqələrə töhfə verən universitetin rektoru Vladimir Onişenko və digər alimlərə təşəkkürnamələr təqdim olunub.

Tədbirin sonunda dünya şöhrətli Azərbaycan bəstəkarı və müğənnisi Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısı ifa edilib.

Tədbir çərçivəsində Azərbaycan Şurasının üzvləri universitetdə yaranmış şəraitlə tanış olublar.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər