ABŞ-nin Meyn ştatının nümayəndə heyəti Şuşa və Laçına səfər ediblər

24 may, 2024

ABŞ-nin Meyn ştatının nümayəndə heyəti Şuşa və Laçına səfər ediblər

Azərbaycanda səfərdə olan ABŞ-nin Meyn ştatının rəsmilərindən və ictimaiyyətin tanınmış üzvlərindən ibarət nümayəndə heyəti işğaldan azad edilmiş Şuşa və Laçında olub. 

Qonaqlara Şuşa şəhərində hazırkı mövcud vəziyyət haqqında məlumat verilib, aparılan sürətli bərpa və yenidənqurma işləri göstərilib. Nümayəndə heyəti Şuşaya  yeni köçənlər üçün yaradılan şəraitlə tanış olub və görülən bu işləri yüksək qiymətləndiriblər. İşğal dövründə ermənilər tərəfindən Şuşa şəhərində mədəniyyət abidələrinə, məscidlərə qarşı törədilmiş vandalizm aktlarını pisləyiblər. Daha sonra qonaqlar Vaqifin məqbərəsi, Gəncə qapıları, “Güllələnmiş heykəllər” abidəsini, Cıdır Düzünü, Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər.

ABŞ nümayəndə heyəti daha sonra Laçına yola düşüb. Qonaqlara Laçına yeni köçənlər üçün yaradılan şərait, iş yerləri və onların sosial təminatı, rayonda aparılan yenidənqurma, təmir-bərpa  işləri haqqında ətraflı məlumat verilib. Laçın şəhərində yerləşən Aqro və Sənaye Parkında, istixanada, ferma və mebel sexində və Sus kəndində olublar. Sus kəndində qonaqları mehriban və gülərüz qarşılayan yerli sakinlər onları evlərinə dəvət edib, dövlətin yaratdığı gözəl şəraitlə yaxından tanış ediblər. Azərbaycan təbiətinin gözəlliyi və yerli sakinlərin qonaqpərvərliyi nümayəndə heyətində xoş təəssüratlar oyadıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər