...

Diaspor gənclərinin fəaliyyət istiqamətləri müzakirə edilib

04.04.2022

Azərbaycan Diaspor Gəncləri (ADG) şəbəkəsinin bir qrup üzvünün təşkilatın fəaliyyət istiqamətlərinə həsr olunmuş videogörüşü keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Emin Rüstəmovun moderatorluğu ilə aparılan görüş zamanı “Şuşa İli” çərçivəsində nəzərdə tutulan layihələr barədə geniş məlumat verilib, bir çox ölkələrdən görüşə qatılan gənclərin fikirləri dinlənilib.

Bundan başqa, Azərbaycan diasporunun inkişafında gənclərin yaxından iştirakı, ADG şəbəkəsinin fəaliyyət istiqamətləri, əhatə dairəsinin genişlənməsi, dünyanın müxtəlif ölkələrində yaşayan gənclərimizin təşkilata cəlb olunması işinin səmərəli təşkili məsələsi barədə fikir mübadiləsi aparılıb.