...

Yunanıstan mediasında Novruz bayramından bəhs edilib

25.03.2022

Yunanıstanın https://www.karfitsa.gr xəbər saytında xalqımızın qədim Novruz bayramına həsr olunmuş məqalə dərc olunub.

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovun qələmə aldığı məqalədə bildirilib ki, qışın sona çatmasının və baharın gəlməsinin müjdəçisi olan Novruz bayramı Azərbaycanda ən önəmli və sevilən bayramlardan biridir.

Məqalədə təbiətin oyanışının təcəssümü olan Novruzun yaranma tarixi, mahiyyəti və zəngin ənənələri barədə müfəssəl məlumat verilib.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.karfitsa.gr/diethni/o-eortasmos-novrouz-sto-azerbaitzan/