...

Soydaşımızın ABŞ-da yaratdığı prodakşn “İlin media mükafatı”nı qazanıb

02.02.2022

Azərbaycanlı kinorejissor Elmar Bayramovun rəhbərlik etdiyi "Old Stone Pictures" media-prodakşn ABŞ-da “İlin media mükafatı” kateqoriyasının qalibi olub.

Bu barədə məlumat döyüş filmləri prodüseri Alan Qoldberqin rəhbərliyi ilə Nyu-Cersi ştatının Atlantik-Siti şəhərində təşkil olunan “Action Marital Arts Mega Weekend” gecəsində açıqlanıb. COVID-19 pandemiyası səbəbindən 2021-ci ildə açıqlanmalı olan nəticələr bu il yanvarın sonunda elan edilib.

Saşa Mitçel, Sintiya Rotrok, Don Draqon Vilson, Maykl Jey Uayt, Robert Qoldman, Semyuel Kvok və digər tanınmış kino xadimlərinin təmsil olunduqları münsiflər heyətinin qərarına əsasən, “Old Stone Pictures” prodakşn 2020-ci il ərzində müxtəlif beynəlxalq döyüş film festivallarında “Let me run” qısametrajlı filmi ilə 14 nominasiya üzrə birincilik qazandığına görə “İlin media mükafatı” kateqoriyasında qalib elan olunub.

Təntənəli mərasim zamanı mükafat “Old Stone Pictures”in rəhbəri Elmar Bayramova təqdim edilib.