...

Yunanıstan mediasında 20 Yanvar faciəsindən bəhs edilib

22.01.2022

Yunanıstanın https://www.karfitsa.gr xəbər portalında 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar “20 Yanvar – Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir” sərlövhəli məqalə yerləşdirilib.

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovun qələmə aldığı məqalədə bildirilib ki, 20 Yanvar faciəsi XX əsrdə insanlığa qarşı törədilmiş ən qanlı və amansız terror aktlarından biridir. “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakıda dinc sakinlərə qarşı dəhşətli qırğın törədib. Bu qanlı cinayətin əsas məqsədlərindən biri demokratik proseslər yolu ilə azadlıq, suverenlik və müstəqillik tələb edən Azərbaycan xalqının iradəsini sındırmaq məqsədi güdürdü”, - deyə müəllif nəzərə çatdırıb.

Qeyd edilib ki, 1949-cu il Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Nizamnaməsinin, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin və digər beynəlxalq insan hüquqları sənədlərinin çoxsaylı müddəalarını pozan SSRİ rəhbərliyi öz məqsədinə nail ola bilmədi. 20 Yanvar hadisələri Azərbaycan tarixinə faciə kimi yazılmaqla yanaşı, həm də ölkəmizin müstəqilliyi yolunda dönüş nöqtəsinə çevrildi və xalqımızın azadlıq arzusunu boğa bilmədi.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.karfitsa.gr/diethni/i-20i-ianouariou-einai-mia-iroiki-selida-stin-istoria-tou-azerbaitzan/