...

Virciniyada 20 Yanvar faciəsinə həsr olunmuş “Silahdaşlar” sənədli filmi göstəriləcək

19.01.2022

Yanvarın 20-də ABŞ-ın Virciniya ştatının Fairfax şəhərində 20 Yanvar – Ümumxalq Hüzn Gününün 32-ci ildönümü ilə bağlı “Silahdaşlar” sənədli filmi nümayiş etdiriləcək.

Bu tədbir Amerika-Azərbaycan Xeyriyyə Cəmiyyətinin üzvü və Virciniyada fəaliyyət göstərən “Baku Delicious” restoranının rəhbəri Sevda Tahirlinin təşəbbüsü ilə baş tutacaq. Kino Sənəti Teatrında təqdim olunacaq filmə baxmaq istəyən şəxslər “Baku Delicious” restoranından pulsuz biletləri əldə edə bilər.

Qeyd edək ki, “Silahdaşlar” sənədli filmini Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası istehsal edib.