...

Adilə Əliyeva adına XVI Beynəlxalq Müsabiqədə iştirak şərtlərində yenilik olub

28.12.2021

Azərbaycanın Əməkdar artisti, tanınmış pianoçu Adilə Əliyeva adına Beynəlxalq Müsabiqənin şərtlərində dəyişiklik olacaq.
Tanınmış pianoçu bildirib ki, 2022-ci ildə 17-cisi baş tutacaq beynəlxalq müsabiqədə yeni ildən etibarən kamera orkestrinə daxil olan alətlərdə və fortepianoda ifa edən iştirakçılarla yanaşı, simfonik orkestrin tərkibinə daxil olan bütün alətlərdə ifa etməyi bacaran ifaçılar da iştirak edə biləcəklər.
Qeyd edək ki, 18-30 iyun 2021-ci ildə Fransada (Anemas) və İsveçrədə (Cenevrə) onlayn formatda təşkil edilmiş Adilə Əliyeva adına XVI Beynəlxalq Müsabiqəsi Azərbaycanın əldə etdiyi böyük Zəfərə həsr olunub. Fortepiano və kamera musiqisi ifaçılarının qatıldığı müsabiqədə Azərbaycan və Avropa bəstəkarlarının klassik əsərləri ifa olunub, müxtəlif nominasiyalar üzrə fərqlənən musiqiçilərə diplomlar və pul mükafatları, bütün iştirakçılara isə sertifikatlar təqdim edilib. Müsabiqənin münsiflər heyətində 7 dəfə “Qremmi” mükafatına layiq görülmüş Maykl Fayn, musiqi tənqidçisi Donald Vrun, Lora Barotti kimi məşhur şəxslər təmsil olunub.
Azərbaycan musiqi irsinin dünyada təbliği, Azərbaycan da daxil olmaqla, dünyanın müxtəlif ölkələrindən olan istedadları üzə çıxarmaq, tanıtmaq və təhsillərini xaricdə davam etdirmələri üçün şərait yaratmaq məqsədilə 1996-cı ildən etibarən mütəmadi təşkil edilən müabiqə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilir.
Adilə Əliyeva adına XVI Beynəlxalq Müsabiqənin videoyazısını aşağıdakı linkdən izləmək mümkündür.
https://www.youtube.com/watch?v=WR6_g8oJrYM&t=4421s