...

Londonda Azərbaycan dilini tədris edən Mədəniyyət Mərkəzi fəaliyyətə başlayıb

09.12.2021

Londonda fəaliyyət göstərən Britaniya Avropa Azərbaycan Məktəbi (British European Azerbaijani School) nəzdində Mədəniyyət Mərkəzi açılıb.

Layihə rəhbərləri bildiriblər ki, mərkəzdə uşaqlara Azərbaycan dili tədris olunacaq. Bundan başqa, Azərbaycanın mədəni-mənəvi dəyərləri, tarixi, çoğrafiyası, milli və klassik musiqisinə dair fənnlər üzrə dərslər təşkil ediləcək. Yaxın gələcəkdə mərkəzdə Azərbaycan rəqsləri, milli idman oyunları, tətbiqi sənət, rəngkarlıq və qrafika dərslərinin keçirilməsi də planlaşdırılır.

Dərslər hər bazar günü Londonun “Victoria” stansiyası yaxınlığında yerləşən Pimlico Akademiyasında keçiriləcək.

Layihədə valideynlərin də maraqları da nəzərə alınıb. Bu məqsədlə “Kitab klubu”, “Kino klubu”, “Tarix sessiyaları” və s. dərnəklərin fəaliyyətə başlaması gözlənilir.