...

Misir mətbuatı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan yazıb

26.11.2021

Misirin “Asia əl-Yaum”, “əl-Hərir” və digər kütləvi informasiya vasitələrində “Azərbaycanlı şəhid Mübariz İbrahimovun həyatında nur” sərlövhəli məqalə dərc olunub.
Misirdəki Azərbaycan diaspor mərkəzindəki kursların müdavimi Fatima Şakirin qələmə aldığı məqalədə Azərbaycanın Milli Qəhrəman Mübariz İbrahimovun həyatından bəhs edilib.
Müəllif qeyd edib ki, gənc olmasına baxmayaraq, Mübariz intellekti və igidliyi sayəsində hərbi xidmətdə fərqlənib, 2010-cu il 12 iyun gecəsi isə Ermənistanın işğal etdiyi və minaladığı ərazilərdən keçərək düşmənə ağır zərbə endirməklə qəhrəmanlıq dastanı yazıb və cəsarət mücəssəməsinə çevrilib. “Azərbaycanın təkidli tələbindən beş ay sonra şəhidin cənazəsini qaytaran ermənilər qorxularından onun əllərini də bağlayıblar. Düşmən onun meyitindən də qorxub”, - deyə müəllif vurğulayıb.
Məqalədə şəhadət zirvəsinə yüksəlməmişdən öncə Mübarizin valideynlərinə yazdığı son məktub oxucuların nəzərinə çatdırılıb.