...

İsrailli baş redaktorun “Siyasətə sənin yolun” adlı kitabı dərc edilib

26.11.2021

İsraildə fəaliyyət göstərən “Aziznews.ru” informasiya portalının baş redaktoru Yuri Boçarovun həmmüəllifi olduğu “Siyasətə sənin yolun” adlı elmi-praktik vəsait Rusiyada nəşr olunub.

Ümumrusiya Yerli Özünüidarəetmənin İnkişafı Assosiasiyasının dəstəyi ilə ərsəyə gələn kitabın redaktoru bu təşkilatın İdarə Heyətinin sədri İvan Tsetserskidir. Layihənin müəllifləri siyasi elmlər namizədi Oleq Şirokov və seçki təskilinin problemlərinə dair elmi məqalələrin müəllifi, siyasi elmlər namizədi, tanınmış politoloq Yuri Boçarovdur.

Kitabda Rusiya Federasiyasının yerli özünüidarə orqanlarına seçkilər üzrə seçki kampaniyalarının nəzəriyyəsinin və praktikasının əsas məqamları açıqlanıb, federal və regional səviyyələrdə seçkilər üçün qanunvericilik bazasındakı fərqlərin izahı verilib.

Y.Boçarov ölkənin Knesset, bələdiyyə və həmkarlar ittifaqı orqanlarına keçirilən seçkilərdə müxtəlif səviyyələrdə və müxtəlif partiyalarda seçki qərargahlarının rəhbəri, xarici ölkələrdə, o cümlədən Azərbaycanda keçirilən prezident seçkilərində müşahidəçi olub.