...

Barselona şəhərində Vətən müharibəsi ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

24.11.2021

İspaniyanın Barselona şəhərində Vətən müharibəsinin başa çatmasının birinci ildönümü münasibətilə məlumatlandırıcı aksiya təşkil edilib.

Barselona Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı ilə gerçəkləşdirilən aksiya zamanı şəhərin izdihamlı küçələrindəki bilbordlarda Azərbaycanın işğaldan azad edilmiş ərazilərini əks etdirən fotomateriallar “Urbicide in Karabakh” (“Qarabağda zorakılıq”) adı ilə yerləşdirilib.

Aksiya şəhər sakinlərinin diqqətini Ermənistanın əzəli Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarına cəlb etmək məqsədilə təşkil edilib.