...

Saloniki şəhərində Zəfər Günü ilə bağlı məlumatlandırıcı aksiya təşkil edilib

24.11.2021

Yunanıstanın Saloniki şəhərində Vətən müharibəsinin başa çatmasının birinci ildönümünə həsr olunmuş məlumatlandırıcı aksiya keçirilib.

“Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan aksiya zamanı nəqliyyat vasitələrində və dayanacaqlarda Bakıdakı Qız Qalasını, Şuşa qalasını, Azərbaycanın azad edilmiş ərazilərini, “Xarı bülbül” rəmzini əks etdirən fotomateriallar yerləşdirilib və “Şuşa” sözü yazılıb.

Aksiya yerli sakinlərin diqqətini Azərbaycanın parlaq qələbəsinə cəlb etmək məqsədilə gerçəkləşdirilib.