...

Avstriya paytaxtında Zəfər Günü münasibətilə aksiya təşkil olunub

14.11.2021

Avstriyanın Vyana şəhərinin məşhur Heldenplatz (Qəhrəmanlar) meydanında 8 Noyabr – Zəfər Gününə və 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) təşkilatçılığı ilə baş tutan tədbirdə yerli ictimaiyyətin, Azərbaycan və türk icmasının nümayəndələri iştirak ediblər.

Aksiya zamanı azad olunmuş torpaqlarımızda erməni vandalizmini sübut edən fotofaktlar nümayiş etdirilib. Yerli sakinlərə və şəhərin qonaqlarına ölkəmizin möhtəşəm bayramları barədə məlumat verilib, onlara çiçəklər və Azərbaycan bayrağının əks olunduğu suvenirlər hədiyyə edilib.

Azərbaycanın dövlət bayrağı ilə bəzədilmiş avtomobil gün ərzində şəhərin mərkəzi küçələrində hərəkət edib.