...

Bratislavada Zəfər Günü münasibətilə aksiya təşkil edilib

10.11.2021

Slovakiyanın paytaxtı Bratislava şəhərində 8 noyabr – Zəfər Gününə həsr olunmuş məlumatlandırıcı aksiya keçirilib.

Slovakiya Azərbaycanlıları Assosiasiyasının təşkilatçılığı ilə baş tutan aksiya zamanı Bratislavanın mərkəzi meydanında və küçələrində “Qarabağ Azərbaycandır!” şüarının əks olunduğu bannerlər yerləşdirilib.

Bannerlərdə ölkəmizin işğaldan azad olunmuş ərazilərində Ermənistanın törətdiyi vandalizm aktlarını ifşa edən fotolar nümayiş etdirilib.

Aksiya 14 gün davam edəcək.