...

Berndəki “Qarabağ” məktəbində Zəfər Günündən bəhs edilib

10.11.2021

İsveçrənin Bern şəhərində fəaliyyət göstərən “Qarabağ” həftəsonu Azərbaycan məktəbinin növbəti dərsi 8 Noyabr – Zəfər Gününə həsr olunub.

“Zəfər Günümüz mübarək!” mövzusunda baş tutan onlayn formatlı dərsdə İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Leyla Bağırzadə şagirdləri və validenyləri möhtəşəm bayram münasibətilə təbrik edib. Məktəblilərə Vətən müharibəsi, Zəfər Gününün təsis olunması və sair barədə ətraflı məlumat verilib.

Şagirdlərin ifasında Zəfər Gününə həsr olunmuş şeirlər səsləndirilib.