...

Azərbaycanın Zəfəri Türkiyə mediasında işıqlandırılıb

09.11.2021

Türkiyənin “Yeşil İğdır” portalında Cabbar Şıktaşın müəllifi olduğu “Azerbaycan Candır, Karabağ ebedi Azerbaycandır” başlıqlı məqaləsi yayımlanıb.

Məqalə Azərbaycanın qazandığı böyük Zəfərin birinci ildönümünə həsr edilib.

Məqalədə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun möhtəşəm Qələbəsini bu gün Azərbaycan xalqı haqlı olaraq qürurla, sevinclə qeyd etdiyi bildirilir. Müəllif bu Qələbənin, ədalət uğrunda mübarizə aparan Azərbaycanın yanında olan hər kəsin qələbəsi olduğunu vurğulayır.

Məqaləni aşağıdakı linkdən oxuya bilərsiniz.
https://yesiligdir.com/yazar/yazi/7758