...

Almaniyada "Odlar Diyarından Zəfərə doğru" adlı konsert təşkil edilib

08.11.2021

Almaniyanın Detmold, Horn - Bad Maynberq şəhərlərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş "Odlar Diyarından Zəfərə doğru" adlı konsert keçirilib.

“Səslərin Harmoniyası” Alman-Azərbaycan Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil edilən konsertlərdə Almaniyada yaşayan müsiqiçi və bəstəkar Xədicə Zeynalovanın rəhbərlik etdiyi “Bridge of Sound” orkestri, Oqtay Zeynalov-Şubert (skripka), Qreqor Şvarts (orqan), Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), Kamran Kərimov (nağara) və digər sənətçilər çıxış ediblər. Onların ifasında muğam, klassik musiqi və Azərbaycan xalq rəqslərindən ibarət əsərlər təqdim edilib.

Qeyd edək ki, Beynəlxalq Festivalın təsisçisi, təşkilatçısı və bədii rəhbəri bəstəkar Xədicə Zeynalovadır. Konsertdən öncə bəstəkar tamaşaçılara ötən il Azərbaycan torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün təmin olunması naminə aparılan Vətən müharibəsində xalqımızın qazandığı parlaq qələbə barədə ətraflı məlumat verib.