...

Diasporla İş üzrə Dövlət Komitəsində Zəfər Gününə həsr olunmuş videoçarxların təqdimatı olub

07.11.2021

Diasporla İş üzrə Dövlət Komitəsində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş videoçarxların təqdimatı keçirilib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə hazırlanmış videoçarxlar nümayiş olunub.

Videoçarxlarda müstəqillik tariximizin bəzi səhifələri, 44 günlük Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin zəfər mesajları, azərbaycanlı gənclərin vətən sevgisi, Azərbaycanla bağlı həqiqətlərin xarici mediada işıqlandırılması və digər məqamlar yer alıb, torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi yad olunub.

Xalq artisti Fəxrəddin Manafovun, Vətən müharibəsi qazilərinin və Azərbaycanın diasporunun Qarabağla bağlı keçirdiyi aksiyalardan fraqmentlərin yer aldığı videoçarxlar bu gündən başlayaraq Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun sosial şəbəkə hesablarında, eləcə də mediada yayımlanır.

Videoçarxları aşağıdakı linklər vasitəsilə izləmək mümkündür:

Tarix lövhəsini silib yenidən yazan qəhrəmanlarımızın xatirəsinə ithaf
https://youtu.be/Nq-yncmEgdo

30 il şikəst qalmış “Qarabağ şikəstəsi” Qarabağda dirçəldi…
https://youtu.be/w2ztsh--vPM

Xalqa verilən söz həqiqətə çevrildi
https://youtu.be/xlpL7UYaYIQ

Birliyimiz – həmrəyliyimizdir!
https://youtu.be/Nuv6U7F2S3Y