...

İnformasiya təhlükəsizliyinə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib

01.11.2021

Azərbaycan Universitetinin və Xarkov Milli Radioelektronika Universitetinin birgə təşkilatçılığı ilə “İnformasiya təhlükəsizliyi: problemlər və perspektivlər” mövzusunda beynəlxalq videokonfrans keçirilib.

Tədbirdə Xarkov Milli Radioelektronika Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, “Dostluq” Azərbaycan-Ukrayna Cəmiyyətinin idarə heyətinin sədri Murad Ömərov da iştirak edib.

Konfransı giriş sözü ilə açan Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva informasiya-kommunikasiya texnologiyaları sahəsində təkcə Ukraynada deyil, regionda da ciddi uğur və ənənələrə malik Xarkov Milli Radioelektronika Universiteti ilə 2019-cu ildən başlayaraq həyata keçirdikləri əməkdaşlıq proqramlarından danışıb. Tədbiri universitetlər arasındakı səmərəli əməkdaşlığın məntiqi davamı adlandıran rektor konfransın işinə uğurlar arzulayıb.

Konfransda informasiya təhlükəsizliyinin əsas konseptual istiqamətləri, informasiya sistemlərinin təhlükəsizliyinin proqram vasitələri və digər mövzularda aparılan elmi tədqiqat işlərinin nəticələri müzakirə olunub.