...

Finlandiya jurnalında Azərbaycan diasporunun keçirdiyi mədəni tədbirdən bəhs edilib

25.10.2021

Finlandiyanın “Puolikuu” jurnalında “Azərbaycan Mədəniyyəti Günü” sərlövhəli məqalə dərc olunub.

Məqalədə Azər-Türk Gənclər təşkilatının sədri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarovanın təşəbbüsü ilə Helsinki şəhərində gerçəkləşdirilən maraqlı tədbirdən bəhs edilib. Məqalədə bildirilib ki, Finlandiya-Azərbaycan əlaqələrinə həsr olunan yüksək səviyyəli tədbirdə qonaqlara ölkəmizin zəngin mədəniyyəti və adət-ənənələri barədə geniş məlumat verilib, Azərbaycan musiqisi səsləndirilib və Azərbaycan rəqsləri nümayiş etdirilib.