...

“Sergey Yesenin” medalı soydaşımıza təqdim edilib

04.10.2021

Moskvada yaşayan həkim-yazar Sabit Əliyev Rusiya Yazıçılar Birliyinin təsis etdiyi “Sergey Yesenin” medalına layiq görülüb.

Birliyin rəyasət heyətinin qərarı ilə soydaşımızın təltif olunduğu medal görkəmli rus şairinin anadan olmasının 125 illiyi münasibətilə təsis olunub. İndiyədək medal tanınmış yazıcı və şairlərə, "Русь моя" milli ədəbi mükafatının laureatlarına və rus ədəbiyyatının inkişafında böyük töhfələri olan şəxslərə verilib.

Qeyd edək ki, S.Əliyev 2018-ci ildən Rusiya Yazıçılar Birliyinin üzvüdür. “Tövbə”, “Son gün”, “Mənim evim Şuşa”, “Rəfiqələrin məktubları” və digər əsərlərin müəllifidir.