...

Diasporla İş üzrə Dövlət Komitəsində bəstəkar Cavanşır Quliyevlə görüş keçirilib

19.07.2021

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitetinin professoru, bəstəkar Cavanşir Quliyev Azərbaycana səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsində olub və Komitə sədri Fuad Muradovla görüş keçirib.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıların gördüyü işlər daim diqqət mərkəzində saxlanılır və qiymətləndirilir.
Cavanşir Quliyev ölkəmizin Türk dünyasında tanıdılması və mədəniyyətlərarası körpülərin qurulmasındakı səmərəli fəaliyyətinə görə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunub.
C.Quliyev fəaliyyətinə verilən yüksək qiymətə görə təşəkkür edib və Azərbaycanı təmsil etməkdən qürur duyduğunu diqqətə çatdırıb.