Türkiye Hakkında Bilgiler; Türkiye Bayrağı Anlamı, 2020 Nüfusu, Başkenti,  Para Birimi Ve Saat Farkı - Tatil Seyahat Haberleri

Qarabağdakı bərpa işlərində türk birliyi Özbəkistan mediasının gündəmində

08.07.2021

Soydaşlarımızın təşəbbüsü ilə Özbəkistanın “Muzaffar.uz” və “Mohiyat.uz” saytlarında "Qarabağda həyata keçirilən quruculuq işlərində türk birliyi" sərlövhəli məqalə dərc olunub.
Məqalədə hazırda Azərbaycan dövləti üçün ən prioritet məsələnin işğaldan azad olunan ərazilərdə quruculuq-bərpa işlərinin aparılması olduğu vurğulanıb: “Bu məsələ ölkəmiz üçün artıq milli prioritetə çevirilib. Məqsəd işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın qısa müddətdə yüksək səviyyədə təmin edilməsidir. Güclü dövlət olan Azərbaycan Böyük Qayıdışı yüksək səviyyədə təmin etmək əzmindədir. Hazırda işğaldan azad olunan ərazilərdə görülən işlər bu gücü bir daha göstərir”.
Yazıda işğal nəticəsində Ermənistan tərəfindən Azərbaycanın 7 rayonunda dağıdılan evlər, məktəblər, muzeylər, kitabxanalar, məscidlər, körpülər və digər infrastruktur obyektləri, sənaye, kənd təsərrüfatı və digər müəssisələr haqqında məlumat verilib. Müəllif məqalədə işğaldan azad edilən torpaqların bərpası işlərinə dost və qardaş ölkələrin dövlət və özəl qurumlarınında iştirakına da diqqət çəkib. Yazıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin fəallığı xüsusi qeyd olunub: “Aprelin 11-də isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin nümayəndə heyətlərinin Ağdama və Gəncə şəhərinə səfərləri təşkil olunub. Ağdamda səfərdə olarkən Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xojayev bildirib ki, müharibə Azərbaycan torpaqlarına böyük dağıntılar, faciə gətirib. Azərbaycan hazırda inkişafının yeni mərhələsinə qədəm qoyub. Bu, işğaldan azad edilən ərazilərin yenidən qurulması və inkişafı ilə bağlıdır.... Özbəkistan bu ərazilərin bərpası üçün öz köməyini təklif edib”
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:
http://muzaffar.uz/yangiliklar/4107-qoratogda-amalga-oshirilgan-qurilish-ishlarida-turkiy-hamjamiyat.html/
https://mohiyat.uz/2021/07/06/qorabog/?fbclid=IwAR3O4IAashMBY_FrjdBirJgIU1hFXuLipreJSm0B47bRi7WDx4OM26KSCHs/