Azərbaycan diasporuna ağır itki üz verib

28.06.2021

Rusiya Federasiyasının Kalininqrad vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbəri Tofiq Rzayev 70 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Kalininqrad vilayətində dövlət qulluqçusu kimi bir sıra vəzifələrdə çalışmış həmyerlimiz son illərdə ticarət-sənaye palatasının üzvü kimi fəaliyyət göstərirdi. Azərbaycanla Rusiya və digər Avropa ölkələri arasında biznes əlaqələrin möhkəmlənməsi, Azərbaycan iqtisadiyyatına sərmayə yatırımının təşviqi istiqamətində fəal iş aparırdı. Ölkəmizin həqiqətlərinin, Vətənimizin qəhrəman övladlarının təbliğ olunmasında, Azərbaycan diasporu ilə Kalininqradın ictimai-siyasi dairələri arasında əməkdaşlıq münasibətlərinin yaranmasında böyük rol oynayıb.

Diasporla İş üzrə Dövlət Komitəsi soydaşımızın vəfatından kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə və Rusiyadakı Azərbaycan diasporunun nümayəndələrinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!