Avropa Şurasının baş qərargahı Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

29.05.2021

Fransanın Strasburq şəhərində yerləşən Avropa Şurasının baş qərargahı 28 may-Respublika Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Strasburqda yaşayan Azərbaycan icmasının üzvləri mərasimi canlı izləmək məqsədilə baş qərargahın qarşısında toplaşıb və böyük həvəslə izləyiblər.
Qeyd edək ki, azərbaycanlılarla yanaşı, mərasimə Fransadan olan gənclər də qatılıb.