Parisdə dahi şəxsiyyət Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert təşkil edilib

11.05.2021

Fransa Azərbaycanlılarının Koordinasiya Şurasının, Azərbaycanın bu ölkədəki səfirliyinin, UNESKO yanında Azərbaycanın Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə ümummillli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn konsert keçirilib.
Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində baş tutan konsert zamanı Provans vilayətinin Pauline Viardot Konservatoriyasının professoru Səidə Zülfüqarova (piano) və Fransanın Ecole Normale de Musique de Paris-Alfred-Cortot ali musiqi məktəbinin tələbəsi, beynəlxalq müsabiqələr laureatı Ağarəhim Quliyev (fleyta) məşhur bəstəkarlardan Frans Şubert, Ferens List, Arif Məlikov, Astor Piazzola, İssak Albeniz, Fazil Say və digərlərinin əsərlərini ifa ediblər.