Marneulidə görkəmli dövlət xadimi Heydər Əliyevə həsr olunmuş tədbir təşkil edilib

11.05.2021

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkilatçılığı ilə Marneulidə Azərbaycanın dahi siyasətçisi və görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə GAİM-in icraçı direktoru Rafiq Hümmət, professor Mahmud Kamaloğlu, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov, şair-pedaqoq Fatma Aslan, ictimai xadim Səyyad Xəlilov, Elmi Araşdırmalar Assosiasiyasının rəhbəri Ehtiram Əmirxanlı, Gürcüstan Azərbaycanlılarının Hüquqşünaslar Assosiasiyasının sədri Əli Bədirov və başqaları xalqımızın ümummilli liderinin parlaq şəxsiyyəti və uzaqgörən siyasəti barədə danışıblar.
Tədbirdə ulu öndərin həyat və fəaliyyətini əks etdirən foto-slayd nümayiş olunub, GAİM-də təhsil alan şagirdlərin ifasında Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirilib.