Dövlət Komitəsi yeni layihənin icrasına başlayıb

05.04.2021

Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlı uşaq və gənclərlə bağlı videobaza formalaşdırmağa başlayıb.
Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Diaspor TV-nin yeni layihəsi “Mən də varam” adlanır.
Layihə çərçivəsində müxtəlif ölkələrdə yaşayan soydaşlarımız kiçik həcmli videolar çəkərək özlərini tanıdır, ölkəmizlə hər zaman əlaqə qurmaq və Azərbaycanı tanıtmaq arzusunda olduqlarını bildirirlər.
Layihə zamanı hazırlanan videolar Diaspor TV ilə yanaşı, İctimai TV ilə Komitənin birgə layihəsi olan “Vətən uzaqda deyil” verilişində də yayımlanacaq.