Haaqadakı abidə ətrafında Xocalı soyqırımının rəmzi olan badam ağacı əkilib

03.03.2021

Niderland Krallığının Haaqa şəhərindəki Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidənin ətrafında ağac əkmə aksiyası keçirilib.
Niderlandda fəaliyyət göstərən Hollandiya Azərbaycan-Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə ərazidə Xocalı soyqırımının rəmzi olan badam ağacları əkilib. Dərnəyin rəhbəri İlhan Aşkın bildirib ki, badam ağacını abidənin açılış mərasimində təşkilata Real TV təqdim edib.
Qeyd edək ki, badam ağacı çiçəkləməyə başlayan ilk ağacdır. “Xocalıya ədalət!” kampaniyasının loqosunda əks olunmuş badam çiçəyi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən törədilmiş soyqırımına münasibətdə ədalətin təmin edilməsinə və bu cür qəddar əməllərin təkrar olunmamasına ümidi ifadə edir.