Diaspor fəalları təşəkkürnamə ilə təltif olunub

26.12.2020

2020-ci ildə dünyanı bürüyən koronavirus pandemiyası, işğalçı Ermənistanın Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində törətdiyi təxribat və xalqımızın möhtəşəm zəfəri ilə başa çatan 44 günlük Qarabağ müharibəsi Azərbaycan diasporu üçün də sınaq dövrü olub. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və dövlətimizə hər zaman dəstək nümayiş etdirən, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük səylər göstərən Azərbaycan diasporu bu sınaqdan uğurla çıxıb.

Bütün bunları nəzərə alaraq, Diasporla İş üzrə Dövlət Komitəsi, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə, Azərbaycan həqiqətlərinin beynəlxaql ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətlərinə, eləcə də 2020-ci ildə diaspor quruculuğu işində xüsusi fəallıqlarına görə 273 nəfəri təşəkkürnamə ilə təltif edib.

Təltif olunanlar arasında müxtəlif ölkələrdəki diaspor təşkilatlarının təmsilçiləri, diaspor fəalları, Azərbaycandakı icmaların nümayəndələri və jurnalistlər var.