Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş boks yarışı keçirilib

16.12.2020

Almaniyanın Gelsenkırchen şəhərində xalqımızın ümummilli liderı Heydər Əliyevin anım gününə həsr olunmuş boks turniri təşkil edilib.

Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Dünya Boks Komitəsinin (World Boxing Committee H.Aliyev – WBCA) təşkil etdiyi Dünya kəməri uğrunda yarışda almanıyalı bokscu A.Frank estonıyalı rəqibi R.Porozovsa qarşı mübarızə aparıb. Gərgin döyüş nəticəsində A.Frank qalib gələrək növbəti dəfə Dünya kəmərinin sahibi olub. Bu, almaniyalı boksçunun ağır çəkidə 5-cı qalibiyyətidir.

Qeyd edək ki, Heydər Əliyev adına Dünya Boks Komitəsinin hər il ulu öndərin doğum və anım günlərində Almaniyanın müxtəlif şəhərlərində turnirlər keçirməsi artıq ənənə halını alıb. Komitə dünya idmançılarını birləşdirmək, başqa millətlərdən olan idmançılarla Avropada yaşayan soydaşlarımız arasında dostluq əlaqələrini möhkəmləndirmək, ümummilli lider Heydər Əliyevin adını daşıyan kəmərləri dünyanın ən məşhur kəmərləri sırasına gətirmək məqsədilə yaradılıb.