Qırğızıstanda dahi siyasətçi Heydər Əliyevdən bəhs edən kitab işıq üzü görüb

09.12.2020

Bişkekdə görkəmli dövlət xadimi Heydər Əliyevin anım günü ilə bağlı "Türk dünyasının dahi şəxsiyyəti" adlı kitab nəşr olunub.

Azərbaycan, rus, fars və türk dillərində olan kitab Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Bişkekdəki “Uluu Toolor” nəşriyyatında nəşr edilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın yazdığı “İssık-Kul sahilində düşüncələr” şeiri də 9 dilə tərcümə olunaraq kitaba daxil edilb.

Kitab akademik Yaqub Mahmudovun, «Modern İnkişaf və Ailə» İctimai Birliyinin sədri Zərifə Quliyevanın, tarix üzrə fəlsəfə doktoru, dosent Güntəkin Nəcəflinin, Yazıçılar Birliyinin Cənubi Azərbaycan şöbəsini müdiri, şair Sayman Aruzun, Filologiya elmləri doktoru Leyla Gərayzadənin, İpəkyolu Strateji Araşdırmalar Mərkəzinin sədri (İpekyolu Stratejik Araştırmalar Merkezi Başkanı) Dr. Seyfullah Türksoyun və s. müəlliflərin ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məqalələri toplusundan ibarətdir.