Bolqarıstan mediası Azərbaycanın haqlı mövqeyindən yazıb

14.10.2020

"Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım" ictimai birliyinin sədri Mariya Pavlovna Hüseynova Bolqarıstan dövlətini və ictimaiyyətini Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırıb.

Bolqarıstanın "standartnews.com" portalına müsahibəsində o, bildirib ki, Dağlıq Qarabağ mübahisəli ərazi deyil, Azərbaycanın ərazisidir və bu fakt istər tarixən, istərsə də rəsmi olaraq bütün dünya tərəfindən tanınır. Müharibənin Ermənistanda deyil, Azərbaycan ərazisində getdiyi, Azərbaycan ordusunun torpaqların işğaldan azad olunmasını, milyona yaxın qaçqın və məcburi köçkünün doğma yurdlarına qayıtmasını təmin etmək üçün azadlıq müharibəsi apardığı vurğulanıb.

Birlik sədri bolqar icmasının adından Bolqarıstan dövlətini və ictimaiyyətini Azərbaycanın haqlı səsini eşitməyə çağırıb: "Azərbaycanın bolqar icması öz fəaliyyətində hər zaman dövlətin qayğısını və cəmiyyətin rəğbətini hiss edir. İkincisi, bu müharibənin müsəlmanlar və xristianlar arasında müharibə olması fikri ilə qətiyyən razı deyiləm. Bu gün Azərbaycanda xristianlıq İslamdan sonra ikinci ən geniş yayılmış dindir. Azərbaycanda dinin mənzərəsi olduqca müxtəlif və zəngindir".

Müsahibəni daha ətraflı aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.standartnews.com/svyat/pri-atakite-na-armeniya-zaginakha-i-detsa-438875.html